AZ

"Kartdan karta" üsulu ilə işləyən 43 sahibkara maliyyə sanksiyaları tətbiq edilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən­dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırmaişlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərindənağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürməəməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyimüşahidə olunur.

Trend bubarədə quruma istinadən xəbər verir.

Məlumata görə, qeyd edilən halların qarşısının alınması üçünDövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərinigücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarətfəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdəkeçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminalvasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlıbir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdəaçıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayişolunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildəkartdan-karta köçürmələr etmək təklif olunduğumüəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həminobyektlərdə bu halların davam etdiyi nəzərə alaraq, sahibkarlıqsubyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarınıntətbiqi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, POS-terminallardan istifadədən imtina hallarımüşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və verginəzarəti tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassaaparatının çeki də təqdim edilməlidir. “İstehlakçılarınhüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraqPOS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında”Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanınınyaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsızödəmələr zamanı POS-terminallardan istifadəni təminetməlidirlər.

Məqalədə:
Seçilən
52
35
az.trend.az

9Mənbələr