AZ

“Nüvə doktrinası suverenliyimizin etibarlı qarantıdır”- PUTİN

Rusiya prezidenti Vladimir Putin nüvə qarşısının alınması qüvvələrinin təlimində iştirak edib.

Azpost.info xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Putin təlimin gedişinə situasiya mərkəzindən videobağlantı vasitəsilə nəzarət edib.

“Bu gün biz strateji çəkindirici qüvvələrin növbəti təlimini keçiririk. Nüvə silahlarının istifadəsinə və ballistik və qanadlı raketlərin praktiki buraxılışına nəzarət imkanlarını öyrənirik”, – Putin qeyd edib.

O bildirib ki, Rusiya nüvə silahından istifadəni ölkənin təhlükəsizliyini təmin etmək üçün son dərəcə müstəsna tədbir hesab edir: “Doktrina suverenliyin etibarlı qarantı olaraq qalır və bizə dünyada qüvvələr paritetini və balansını qorumağa imkan verir. Ölkə yeni silahlanma yarışına girmək niyyətində deyil. Eyni zamanda, Moskva strateji çəkindirici qüvvələrini təkmilləşdirməyə davam edəcək”.

Azpost.info

 

Seçilən
24
8
azpost.info

10Mənbələr