AZ

1 milyon dollarlıq seçki qalmaqalı

ABŞ-də bir prokuror prezident seçkilərini dəstəkləyən “Amerika PAC” adlı siyasi fəaliyyət komitəsinin kampaniyasını imzalayanlar arasından seçkiyə qədər hər gün bir nəfərə pul mükafatı verəcəyini açıqlayan İlon Maska iddia qaldırıb.

"Cebheinfo.az" xəbər verir ki, prokuror İlon Maskın bu hərəkətini qanunsuz adlandırıb.

Filadelfiya  prokuroru Larri Krasner "Amerika PAC" və Maskın Filadelfiya sakinlırini aldatdığını bildirib:

"Onlar şəxsi məlumatlarını paylaşaraq 1 milyon dollar qazanmaq şansı üçün siyasi öhdəliklər götürürlər". 

Prokurorun bu tələbi ilə bağlı dinləmə noyabrın 1-də keçiriləcək.

"Amerika PAC" Trampa dəstəyi artırmaq planının bir hissəsi olaraq təkcə mübarizənin yüksək olduğu ştatlarda qeydiyyatdan keçmiş seçicilərdən müraciət edən şəxsə 1 milyon dollar verəcək.

CNN xəbər verir ki, Ədliyyə Departamenti ə"Amerika PAC"-a məktub göndərərək bu hədiyyələrin federal qanunları poza biləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
18
cebheinfo.az

1Mənbələr