AZ

Dini fəal narkotik maddədən istifadə etməkdə ittiham olunur

"Müsəlman Birliyi" Hərəkatının fəalı Əhsən Nuruzadə oktyabrın 29-da günün ikinci yarısında Bakının Nərimanov Rayon Məhkəməsinə aparılıb, bu barədə onun vəkili Fəxrəddin Mehdiyev bildirib.

O, İnzibati Xətalar Məhkəməsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu maddədə 300 manatdan 400 manata qədər (180-240 dollar) cərimə və ya iki ayadək müddətə həbs nəzərdə tutulur, deyə vəkil qeyd edib.

Nuruzadə hələ oktyabrın 26-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Lakin polis orqanları onun saxlanıldığını rəsmi olaraq oktyabrın 28-də təsdiq edib.

Bu gün Nuruzadə narkoloji ekspertizaya aparılıb.

DİN-dən şərh almaq mümkün olmayıb.

* 2017-ci ildə Nuruzadə iki dəfə inzibati qaydada həbs olunub, elə həmin ilin oktyabrında isə ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Seçilən
55
1
turan.az

2Mənbələr