Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, partiya veteranlarına diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli partiya rəhbərliyinin hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Etibar Hacıyev partiya veteranları ilə söhbət edib, onların arzu və istəklərini dinləyib.
Tədbirdə həmçinin YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına və yubileyləri münasibətilə bir qrup partiya veteranları Fəxri Fərmanlarla, qiymətli hədiyyələrlə təltif olunublar.
Sonda veteran partiyaçılar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.