AZ

Deputat:”Avroparlamentarilər insan hüquqları məsələsi düşünmür….”

“Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi ərəfədə Azərbaycanın hədəfə alınmasına artıq öyrəncəli olmuşuq. Nə qədər təəssüfedici olsa da, zaman-zaman bu kimi antiAzərbaycan kampaniyası ilə üz-üzə qlmıışıq. Xatirinizdədirsə, İslam Həmrəylik Oyunları, Evrovision mahnı yarışması, Birinci Avropa Oyunları ərəfəsində də Azərbaycan Qərbdən, Avropanın bəzi ölkələri tərəfindən qərəzli bəyanatlar, yalan, iftira dolu fikirlərlə qarşılaşdı. İndi də eyni ssenarini COP29 ərəfəsində Avropa Parlamenti davam etdirir”.

Bunu Milli Məclisin deputatı İlham Məmmədovu bu günlərdə Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, tamamilə qərəz dolu fikirlər və yalan, iftira üzərində hazırlanmış bu qətnamə əslində COP29 ərəfəsində Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, belə bir mötəbər tədbirin əhəmiyyətini aşağı salmaqdır:

“Qətnamə ilə tanış olduqda belə təsəvvür yaranır ki, sözügedən sənəd sanki Ermənistan parlamentində hazırlanıb. Hər cümləsində Azərbaycana qarşı qərəz, yalan iddialar əksini tapmış qətnamənin qəbul edilməsində məqsəd Azərbaycanı təsir altında saxlamaqdır. Ancaq avroparlamentarilər unudurlar ki, bu kimi kağız parçaları Azərbaycanı öz yolundan döndərə bilməz. Yuxarıda da qeyd etdiyim kimi Azərbaycan bu illər ərzində bu kimi qərəzli bəyanatlar, qətnamələrlə çox qarşılaşıb və həmin sənədlər tamamilə yalan, iftira üzərində hazırlandığı üçün onların Azərbaycana da təsiri olmayıb. Avropa Parlamentinin qətnaməsi də onlardan heç nə ilə fərqlənmir”.

İlham Məmmədovun sözlərinə görə, avroparlamentariləri doğrudan da insan hüquqları məsələsi düşündürsəydi, o zaman Ermənistanın azərbaycanlıları deportasiyaya məruz qoyması, 1 milyon insanımızın qaçqın və məcburi köçkünə çevrilməsinə də zamanında diqqət ayırar, bu məsələni də diqqətdə saxlayardılar:

“Qərb, Avropa üçün insan haqları hər zaman onlar kimi düşünməyən, onların diqtəsi ilə hərəkət etməyən ölkələrə qarşı bir təsir mexanizmi, vasitəsi olub”.

Seçilən
40
xalq.az

1Mənbələr