“Gürz-24” əməliyyatı zamanı “Narıncı kateqoriya” üzrə axtarışda olan 2 terrorçu zərərsizləşdirilib.
Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya Siirt rayonunun Pervari qəsəbəsinin çöl ərazisində keçirilən “Gürz-24” əməliyyatı zamanı terrorçuluqla bağlı axtarışda olan, “Narıncı kateqoriya”dan 2 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Ə.Yerlikaya sosial media hesabından verdiyi açıqlamada bildirib: “Jandarma Baş Komandanlığı Kəşfiyyat İdarəsi və TEM şöbəsinin koordinasiyası ilə aparılan “Gürz-24” əməliyyatında "Ferhat Serhildan" kod adlı İlhan Tekinalp və "Devrim Cudi" kod adlı Rəcəb Kıpçak adlı terrorçular zərərsizləşdirilib. J-SİHA tərəfindən dəstəklənən zirehli maşınlar və Jandarma ATAK hücum helikopterlərinin himayəsi ilə bölgəyə sövq edilən jandarma xüsusi əməliyyatları, jandarma komando qrupları və təhlükəsizlik qüvvələri ilə axtarış zamanı terrorçular zərərsiz hala gətirilib. Onların Botanda fəaliyyət göstərdikləri, təhdid və şantaj yolu ilə camaatdan istədiklərini əldə etdikləri, bölgədəki təhlükəsizlik qüvvələrinə qarşı işlər gördüyü, yaylalarda köçərilik edən vətəndaşları əməkdaşlıq etməyə sürüklədikləri, 13 sentyabr 2023-cü ildə Şırnakın Beytüşşebap Yeşilöz, Mezraa, Van-Çatak arasındaki yaylada bir vətəndaşı öldürdükləri müəyyən edilib. Son terrorçu zərərsizləşdirilənə qədər dayanmayacaq."