AZ

Ombudsman Səbinə Əliyeva Daşkənddə tələbələrin suallarını cavablandırıb

Özbəkistanda səfərdə olan Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Daşkənd Dövlət Hüquq Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüşdə Özbəkistanın Ali Məclisinin İnsan hüquqları üzrə müvəkkili Feruza Eşmatova da iştirak edib.

Çıxış edən ombudsman Səbinə Əliyeva Özbəkistanda keçirilmiş seçkilərdə aparılmış müşahidələr zamanı seçici fəallığının müşahidə olunduğunu və insanların kütləvi şəkildə seçkilərdə iştirak etdiyini qeyd edib. Müvəkkil, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə də tədbir iştirakçılarına məlumat verib.

Eyni zamanda, ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan, eləcə də Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatların hazırlandığını vurğulayıb.

Bu hesabatların beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına göndərildiyi diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Seçilən
6
2
yeniazerbaycan.com

4Mənbələr