AZ

“Ankaragücü” Renat və Həsənin yoxluğunda mərhələ adladı

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” komandası növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, paytaxt klubu bu gün Türkiyə kubokunun 3-cü təsnifat mərhələsi çərçivəsində “Bursa Nilüfer”in qonağı olub.

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov zədəli olduğu üçün bu oyunda iştirak etməyib. Nəzərov isə 20 nəfərlik heyətə salınsa da, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Renat Dadaşov da bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.

Seçilən
35
arena.az

1Mənbələr