AZ

Türkiyə Cümhuriyyətinin hazırda dünyada önəmli güc, qüdrət və söz sahibi…..

Bu gün Türkiyə Cümhuriyyətinin 101 yaşı tamam olur.
İstanbul hökuməti tərəfindən 9-cu orduya müfəttiş təyin olunan Mustafa Kamal paşanın 1919-cu il mayın 19-da Samsuna gəlməsi ilə Anadoluda başlanan Milli Qurtuluş Savaşı 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin elan edilməsi ilə nəticələndi.
Anadolu Milli Qurtuluş Savaşının qələbə ilə yekunlaşması və Türkiyə Cümhuriyyətinin yaradılması Türk xalqının Birinci dünya müharibəsi və ondan sonrakı illərdə Osmanlı dövlətini parçalamaq və məhv etmək istəyən Antanta dövlətləri üzərində qələbəsi idi.
Bu qələbə Birinci dünya müharibəsindən məğlub ayrılan Türkiyənin bu müharibənin qalibi olan Antanta üzərində qazandığı möhtəşəm qələbə idi.
Bu qələbə həm də özünün rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün bir ibrət dərsi idi.
Bu gün 101 yaşını qeyd edən Türkiyə Cümhuriyyətinin hazırda dünyada önəmli güc, qüdrət və söz sahibi olması və dinamik uğurlar qazanması bizi ürəkdən sevindirir və fərəhləndirir.
Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı hazırda ən yüksək – strateji müttəfiqlik səviyyəsindədir. “Bir millət iki dövlət” prinsipinə söykənən Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri daha da dərinləşir və möhkəmlənir.
Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
 Vasif Qafarov
Milli Məclisin deputatı
Seçilən
38
xalq.az

1Mənbələr