Argentinada onmərtəbəli hotel binası uçub.
Bizim.Media xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Hadisə oktyabrın 29-na keçən gecə Buenos-Ayres əyalətində yerləşən Villa Qesell şəhərində baş verib.
Səlahiyyətlilərin bildirdiyinə görə, binada bələdiyyə tərəfindən icazə verilməyən tikinti ilə məşğul olan təxminən doqquz işçi olub. Onların hamısının dağıntılar altında qaldığı bildirilir.
Xilasedicilər artıq bir neçə zərərçəkmişlə əlaqə yarada biliblər.
Bizim.Media