Sən demə, Gürcüstanda siyasi qalmaqala gətirib çıxaran seçki saxtakarlığında erməni faktoru böyük rol oynayıb...
Budur, "Erməni karuseli" seçkiləri saxtalaşdırmaq üçün istifadə edilib - bir şəxsiyyət vəsiqəsi ilə təxminən 17 dəfə səs vermək mümkün olub", -deyən prezident Salome Zurabişvili "Associated Press" agentliyinə müsahibəsində bildirib ki, seçkilərin saxtalaşdırılması üçün texnologiyadan "yaxşı" istifadə edilib. Zurabişvilidən texnologiyadan istifadə dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda belə cavab verib. Sitat: "“Erməni karuseli” – biz buna “erməni karuseli” deyirik, bilmirəm, “gürcü karuseli” var yoxsa yox, - bu o deməkdir ki, seçkilərə bir müddət qalmış sosial cəhətdən həssas insanların, dövlət qulluğunda olanların, məhbusların və s. şəxsiyyət vəsiqələrini müsadirə ediblər və bunu müxtəlif bəhanələrlə ediblər, kimsə bunu niyə etdiklərini anlamadı. Əslində, onlar eyni adam tərəfindən səs vermək üçün istifadə olunurdu. Müxtəlif elektron cihazlarla təxminən bir şəxsiyyət vəsiqəsi ilə 17 dəfə səs vermək mümkün olub”.
Deməli, erməni saxtakarlığı burda da öz işini görüb. Biz də elə bilirdik ki, ermənilər ancaq tarixi, mədəni irsi... saxtalaşdırır...
A.Məmmədli