AZ

Keçi buynuzu xərçəng hüceyrələrini yox edir

Keçi buynuzu bəkməzi zəngin qida tərkibi və antioksidant xüsusiyyətləri ilə tanınır və xərçəng hüceyrələri ilə mübarizədə dəstəkləyici təsirə malikdir.

Foodinfo.az xəbər verir ki, tərkibindəki flavonoidlər və polifenollar sərbəst radikalların zərərini azaldaraq hüceyrə mutasiyalarını önləyə və hüceyrələrin zədələnməsinin qarşısını ala bilər. Bu xüsusiyyətlər bəkməzi güclü bir antioksidant mənbəyinə çevirir.

Bəzi tədqiqatlar keçi buynuzunun tərkibindəki maddələrin xərçəng hüceyrələrinin inkişafını yavaşlatdığını göstərmişdir. İmmunitet sistemini gücləndirən keçi buynuzu bəkməzi bədəni xəstəliklərə və infeksiyalara qarşı daha dözümlü edir. Lakin keçi buynuzu bəkməzi xərçəngin müalicəsində əsas terapiya deyil, yalnız sağlamlığı dəstəkləyici vasitə kimi qəbul edilməlidir.

Seçilən
39
moderator.az

1Mənbələr