AZ

Fatma Yıldırım mülki şəhid ailəsini ziyarət etdi

 Milli Məclisin deputatı Fatma Yıldırım  şəhid ailsəini ziyarət edib.
XALQ.AZ məlumat verir ki,Bərdə rayonuna son səfəri  zamanı millət vəkili Fatma Yıldırım mülki şəhid Abbasov Ruslan Məhəmməd oğlunun dördüncü ildönümü münasibətilə ailəsini ziyarət edib və şəhid ailəsinin yaşayışı və qayğıları ilə maraqlanıb. Ruslan Abbasov Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələrinin 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə hücumu zamanı şəhid olub. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı ilə yanaşır. Bu gün şəhidlərimizin ruhları şaddır. Çünki torpaqlarımız azaddır, ölkəmiz müstəqildir, üçrəngli şanlı bayrağımız zirvələrdədir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Seçilən
32
1
xalq.az

2Mənbələr