AZ

Dubay şokoladının orqanizmə hansı təsirləri var? - Dietoloq açıqladı

Son bir neçə aydır ki, ölkəmizdə və dünyada şokolad növləri arasında öz qeyri-adi dadı və tərkibi ilə diqqət çəkən “Dubay şokoladı” məşhurlaşmağa davam edir.

Hər kəsin alıb , dadına baxmaq üçün can atdığı şokoladın sağlamlıq üçün faydası heç kimə məlum deyil.

Maraqlıdır, trendə çevrilən Dubay şokoladının sağlamlıq üçün hansı təhlükəsi var? 

Bu barədə Hit.az-a açıqlama verən dietoloq Nərgiz Sultanova deyib ki, Dubay şokoladının tərkibinə nəzər yetirsək, onun orqanizmdə nə qədər kalori yığdığını görərik:

“Xalqımız şirniyyatı çox sevir. Elə mənim özüm də. Amma hər kəsə məlumdur ki, şirniyyat insan bədənində artıq çəkinin və diabet xəstəliyinin yaranmasına təkan verir. Dubay şokoladının tərkibinə baxın: xəmir, püstə və şokolad. 200 qram çəkisi olan Dubay şokoladının qida dəyəri min kilokaloridən çoxdur. Bunu az miqdarda yeyəndə belə təhlükəlidir. Allergiyası olan insanlara şokolad istehlak etmək xüsusi ilə qadağandır, hələ bu Dubay şokoladı ilə eyni tərkibdədirsə. 

Eyni zamanda, öd kisəsində problemi, diabet xəstəliyi olan insan bu şokoladdan qaçmalıdır. Qeyd edim ki, bəzi hallarda Dubay şokoladı tərkibinə görə ishal, mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Şokoladda olan yüksək yağ və şəkər zərərverici qlikasiya yaradır”. 

Bəs, Dubay şokoladı necə yaranıb? 

Hit.az araşdırmasında məlum olub ki, “Dubay şokoladı” 2021-ci ildə hamilə qadının fərqli şokolad istəməsi ilə meydana çıxıb. Belə ki, “Fix Dessert Chocolatier”nin təsisçisi 38 yaşlı Sara Hamouda hamiləliyi zamanı ərinin ona aldığı şokoladlardan razı qalmayıb. Özəl bir şey axtardığı üçün sözügedən şokolad ərsəyə gəlib.

Murad

Seçilən
60
hit.az

1Mənbələr