Ukrayna parlamenti Andrey Kostinin ölkənin baş prokuroru vəzifəsindən istefası ilə bağlı qərarı təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat yayıb.
O qeyd edib ki, qərarın lehinə parlamentdə 255 deputat səs verib.
Xatırladaq ki, Ukraynanın baş prokuroru Andrey Kostin ötən həftə vəzifəsindən istefa vermişdi. Onun qərarından əvvəl Xmelnitski vilayəti prokurorluğunun onlarla əməkdaşının əlilliyin qanunsuz qeydiyyatı ilə bağlı qalmaqal yaranmışdı.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta