AZ

Bakı kənar dairəvi yolunda təhlükəli vəziyyət VİDEO

Yüksəklikdən qaya parçasının qopması hərəkətin intensiv olduğu yolda təhlükəli vəziyyət yaradıb.

Xezerxeber.az xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verib. Qaya parçalarının qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənməsi Bakı Kənar Dairəvi yolunda hərəkət edənlər üçün ciddi təhlükə yaradıb.

Axşam saatlarından Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qaya parçaları ərazidən götürüldükcə, təhlükəsizlik baxımından yolun hər iki istiqamətində hərəkət polis əməkdaşları tərəfindən məhdudlaşdırıldı. Ərazidə təhlükəli vəziyyət aradan qaldırıldı. 

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev də bildirib ki, yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb.

O qeyd edib ki, bu, sürüşmə olmasa da, ekzogen-geoloji prosesin bir növüdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr