AZ

10 mərtəbəli otel binası çöküb: dağıntılar altında insanlar var

Argentinada 10 mərtəbəli otel binası uçub. Xilasetmə qrupları hadisə yerində işləyir və dağıntılar altında insanlar ola bilər.

Editor.az bildirir ki, bu barədə “Sky News” yazıb. Hadisə oktyabrın 29-da yerli vaxtla saat 01:00 radələrində Buenos-Ayres əyalətinin Villa Qesell şəhərində baş verib. İnşaatçılar bələdiyyə icazəsi olmadan layihə üzərində işləyərkən “Dubrovnik” mehmanxanasının bir hissəsi çöküb. Nəşr qeyd edib ki, binanın uçması zamanı içəridə işçilər də daxil olmaqla 7-9 nəfər olub.

Tikinti layihəsi bu ilin avqustunda şura tərəfindən dayandırılıb. “Hazırda dağıntının dəqiq təfərrüatları barədə danışmaq mümkün olmasa da, çökən hissədəki strukturun qanunsuz və uyğunsuz şəkildə dəyişdirildiyini təsdiqləmək olar”, – yerli şuradan bildiriblər. Villa Gesell bələdiyyəsi yanğınsöndürənlər, polis və təcili yardım əməkdaşlarının hadisə yerində olduğunu bildirib. Yerli sakinlərdən və mediadan insanların xilas edilməsinə mane olmamaq üçün hadisə ilə bağlı yalan məlumat yaymamağa çağırılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr