Bu mövsüm Mikel Artetanın az güvəndiyi, əsasən ehtiyat oyunçular skamyasından oyuna qoşulan Qabriel Jezusun "Arsenal"ı tərk etmək istəyi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, London klubu hazırda optimal formadan uzaq olan 27 yaşlı yarımmüdafiəçini yetirməsi olduğu Braziliya klubu "Palmeyras"a buraxmayıb.
Bu barədə sözügedən klubun prezidenti Leyla Pereyra ESPN-ə açıqlamasında deyib: "Qabrieli almaq istəyirdik. Klublararası Dünya Çempionatı öncəsi heyəti gücləndirmək üçün Jezus ilə müqavilə bağlamağı düşünürdük. Ancaq o, gəlməyəcək. "Arsenal"la əlaqə saxladıq və dedilər: "Leyla, biz oyunçu ilə bağlı danışıqlar aparmayacağıq. Heç bir şərti qəbul etmədilər. Mövzu bağlıdır".
Xatırladaq ki, Qabriel Jezus 2017-ci ilin yanvarında “Mançester Siti”yə qoşulmazdan əvvəl iki il keçirdiyi “Palmeiras” gənclər akademiyasının yetirməsidir. Onu da əlavə edək ki, braziliyalı bu mövsüm 11 oyun keçirsə də, heç bir təsirli hərəkətə imza atmayıb.
Mirağa