"Ağsaqqal və ağbirçəklər subay qız və oğlanlara adətən “halal süd əmmiş birini yetirsin” ifadəsini işlədir.
Onlara görə, halal süd əmmiş hər cəhətdən yaxşı gəlin və ya bəy namizəddidir.
Maraqlıdır, halal süd əmmiş oğlan və ya qız necə olur?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, illərdir ailə böyükləri cavan qızla görüşəndə ona “halal süd əmmiş” qismət arzulayır:
“Əslində bu saf niyyətdən irəli gəlir. Bu o demək sayılmır ki, ana südü ilə böyüyən halal, süni qida ilə böyüyən haram insandır. Sadəcə bizdə anaya, ana südünı, ana ilə bağlı hər bir detala xüsusi önəm verildiyi üçün belə bir ifadə işlənir. Adətən ailələr tanıdıqları ailələrin qız və ya oğlan namizədini “halal süd əmmiş” kimi təqdim edir. Yəni mən bu ailəyə bələdəm, bilirəm ki, bunlardan ziyan gəlməz, bizə uyğun ailədir, ona görə də halal ailə kimi qəbul edir”.
Sevinc