"Palmeyras" klubunun prezident vəzifəsini icra edən Leyla Pereyra "Arsenal"ın hücumçusu Qabriel Xesusun qış transfer pəncərəsində komandaya transferi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "ESPN" funksionerin dediklərini belə çatdırıb.
“Xesus buraya gəlməyəcək. “Arsenal”la əlaqə saxladıq, bildirdilər ki, bu keçidin reallaşması mümkün deyil. Futbolçu üçün danışıqlar aparmayacağıq. Mövzu bizim üçün artıq bağlıdır”
Bildiyiniz kimi, Qabriel Jesus Palmeiras akademiyasının məzunudur. 2017-ci ilin əvvəlində hücumçu "Mançester Siti"yə, 2022-ci ilin yayında isə "Arsenal"a keçib.