AZ

Naxçıvanda Türkiyənin Cümhuriyyət Günü qeyd olunub - YENİLƏNİB

Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə təşkil edilən tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.

"Xalqlar arasında dostluq, qardaşlıq lap qədimlərə söykənir. Bu bayram təkcə bizim sevincimiz yox, eləcə də Azərbaycanın sevincidir. Türkiyə Azərbaycan və Türkiyə Naxçıvan əlaqələri gündən-günə daha da genişlənir. Türkiyə və Naxçıvan arasında olan əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq çalışırıq, böyük işlər görülüb və bundan sonrakı dönəmdə də bu, davam edəcək. Azərbaycan çox önəmli toplantıya - COP29-a ev sahibliyi edəcək. Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq", - Baş konsul bildirib.

Onun sözlərinə görə, İğdır-Naxçıvan qaz kəmərinin qaz kəmərinin yaxın zamanda tamamlanacağı gözlənilir.

19:52

Naxçıvanda Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə tədbir keçirilir.

"Far.Az"un yerli bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə rəsmi şəxslər, konsulluq əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Seçilən
34
16
far.az

10Mənbələr