AZ

“Lerik” “Dinamo” ilə oyuna da çıxmayacaq? - “Çalışırıq ki, daxili imkanlarımız hesabına...”

2-ci liqa klubu “Lerik”in maliyyə böhranı yaşadığını hamı bilir.

Cənublular hətta 7-ci turda “Şəfa” ilə səfər oyununa çıxmadığına görə texniki məğlubiyyət də alıb.

Onlar 9-cu turun noyabrın 6-da keçiriləcək oyununda “Dinamo”nun qonağı olmalıdı. Bəs həmin oyun baş tutacaqmı?

Klub prezidenti Famil Məmmədovun “Football-plus.az”a açıqlması:

“Xüsusi bir dəyişiklik yoxdu. Maliyyə durumumuz bildiyiniz kimi qalır. Sponsorların cəlb olunması ilə bağlı cəhdlərimiz hələ də cavabsız qalıb. “Dinamo” ilə oyunda iştirak edəcəyik. Çalışırıq ki, daxili imkanlarımız hesabına oyunlara çıxaq və çempionatı başa vuraq”.


RÖYANƏ OĞUZ
Seçilən
38
football-plus.az

1Mənbələr