AZ

Quruyan əllərinizi belə yumşaldın

Qış aylarında havalar soyuduqca əllərimiz qurumağa başlaya bilər. Əllərdə təbii nəmin itirilməsi ilə ortaya çıxan əl quruluğu ilə yanaşı, çatlar və yaralar da müşahidə edilir. 

News24.az əllərimizə təbii nəmliyi qaytarmaq və bu ağrılı prosesdən xilas olmaq üçün bəzi təbii üsullar təqdim edir:

Zeytun yağı: Zeytun yağı tərkibindəki təbii yağ turşuları sayəsində əllərinizin ehtiyac duyduğu nəmi geri qaytarır. Zeytun yağı həm də əllərdə əmələ gələn çatlardan xilas olmağa kömək edir. Əlinizdəki quruluğu aradan qaldırmaq üçün təbii nəmləndirici krem olaraq əllərinizə az miqdarda zeytun yağı çəkə bilərsiniz. Əllərə nazik təbəqə ilə zeytun yağı sürtmək əl toxumasını qidalandıracaq.

Aloe vera: Aloe vera bitkisinin mahiyyəti olan təbii aloe vera geli dəriyə qulluqda istifadə edilən təbii üsullardan biridir. Əllərdəki quruluğu aradan qaldırmaq üçün əllərinizə aloe vera geli çəkib, 30 dəqiqə saxlayıb, sonra əllərinizi yuya bilərsiniz. Daimi istifadə ilə aloe vera geli əllərdə quruluğun qarşısını alır.

Avokado: Avokado az tanınan təbii dəriyə qulluq məhsuludur. Tərkibindəki omeqa-3 yağ turşuları sayəsində dərini qoruyan və qidalandıran avokado yağını krem olaraq əllərinizə çəkə və beləliklə özünüzü çatlardan qoruya bilərsiniz. 

Kokos yağı: Kokos yağı əlləri yumşaldan quruluşu ilə təbii dəriyə qulluq məhsuludur. Kokos yağı quruluğu aradan qaldıraraq əllərinizi nəmləndirir və həmçinin əl toxumasını yumşaq saxlayır. Gecə yatmazdan əvvəl əllərinizə kokos yağı sürtüb gecələr belə yata bilərsiniz.


Məryəm İlhamqızı

Seçilən
40
news24.az

1Mənbələr