Məhkəmə media şirkətinin rəhbəri barəsində bəraət hökmünü qüvvədə saxlayıb.
"Operativ Media" xəbər verir ki, “Patrulaz” media şirkətinin rəhbəri Səməndər Niftəliyev və Həmzə Hüseynlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işi Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev tərəfindən geniş araşdırılmış, Səməndər Nifətliyev barəsində bəraət hökmü çıxarılıb.
Vəkil Ramil Vəliyev həm birinci instansiya məhkəməsi, həm də Bakı Apellyasiya məhkəməsində nə Səməndər Niftəliyev, nə də Həmzə Hüseynlinin əməlində cinayət tərkibi olmadığını, Səməndər Niftəliyev barəsində çıxarılmış hökmün qüvvədə saxlanılmalı və hər iki şəxsə bəraət verilməli olduğunu bildirib.
Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərov tərəfindən Səməndər Nifətliyev barəsində çıxarılmış bəraət hökmü qanuni olduğundan qüvvədə saxlanılmış, həmçinin Həmzə Hüseynlinin də cinayət törətməsi sübut olunmadığından onun barəsində də bəraət hökmü çıxarılıb.