AZ

Aşpazla müştərinin balığa görə mübahisəsi qanlı davaya çevrildi

İspaniyada aşpaz balıq üstündə restoranın qonağı ilə dava edib. Almaniyadan olan 72 yaşlı turist sevgilisi və dostlarının müşayiəti ilə restorana gedib və (perch) sifariş edib. Sonra baş verənlər isə tragikomediyaya çevrilib və dünya mediasında gündəm olub. Baş verənlərlə bağlı iki fərqli versiya var.

 

Sfera.az bildirir ki, İspaniya Mülki Qvardiyasının press-relizinə görə, restoran müştəriləri yeməyin dadının pis olmasından şikayətlənib və balığın başının yandığını bildiriblər.
 

İttihamları eşidən aşpaz mətbəxdən qaçaraq müştəriyə hücum edib. Aşpaz iki stul itələyib, müştəri huşunu itirərək daş döşəməyə yıxılıb. Ürəyi soyumayan aşpaz ona bir boşqab yemək atıb.


Restoran sahildəki bu otel kompleksinin bir hissəsidir

Həkimlər əvvəlcə 72 yaşlı almaniyalı müştəriyə yalnız göyərmə və qançır diaqnozu qoysalar da, iki həftə sonra onun səhhəti kəskin şəkildə pisləşib. Kişinin üç qabırğası sınıb və daxili qanaxma olub. Zərərçəkmiş ağır vəziyyətdə vertolyotla başqa xəstəxanaya aparılıb və təcili əməliyyat bir neçə saat davam edib.
 

Restoranın sahibi İspaniya televiziyasına çıxıb və hər şeyin tamamilə səhv olduğunu iddia edib. Onun sözlərinə görə, alman balığın görünüşündən və dadından şikayət edib, sonra isə hesabı ödəməkdən imtina edib. Aşpaz yeməyin ispan mətbəxinin resepti ilə hazırlandığını izah etdikdə, o, etiraz edərək aşpazın çiyinlərindən tutub. Müəssisənin əməkdaşının qaçdığı, bundan sonra qonağın onun ardınca qaçarkən yerə yıxıldığı iddia edilir.


Restoranın bir işçisinin sözlərinə görə isə, bütün hadisənin qeydə alındığı, müştərinin və onun yoldaşının restoranı tərk edib güldüyünü göstərən videoyazı var. Lakin zərərçəkənin yaxınları iddia edir ki, onun xəsarətlərinin ciddiliyi iki tibbi rəylə təsdiqlənir.
 

Mürəkkəb və gülməli hekayənin istintaqı isə davam edir. Tərəflərdən hansının haqlı olduğunu isə məhkəmə müəyyən edəcək.

 

Aynil

Seçilən
85
sfera.az

1Mənbələr