AZ

İsrail İrana hücumla Rusiyaya böyük zərbə vurdu

İsrailin İrana hücumundan əvvəl İranın dörd S-300 raket sistemi vardı, onlardan ən təkmili Tehranın hava hücumundan müdafiə sisteminə daxil idi, lakin hamısı məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" İsrail mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Co Bayden İsraili İranın nüvə obyektlərinə və neft infrastrukturuna hücum etməməyə inandırmağa müvəffəq olduqdan sonra İsrail məhdud hədəflərə baxmayaraq, İrana böyük zərbə vurmağı bacarıb.

Jurnalistlərin sözlərinə görə, İsrailin hava hücumları təkcə İranın mühüm hərbi infrastrukturunu məhv etməyib. Onlar həmçinin Rusiya hərbi texnikasının reputasiyasına xələl gətirib.

ABŞ və İsrail rəsmilərinin bildirdiyinə görə, İranın Rusiya istehsalı olan zenit avadanlığı İsrailin 100 qırıcıdan atdığı bir neçə raketi dayandırıb. İranın zərbələr zamanı itkiləri arasında Rusiyanın 3 ədəd S-300 hava hücumundan müdafiə sistemi də var. Bu ilin əvvəlində İsrail İranın digər S-300 sistemini vurmuşdu.

Qeyd edək ki, İsrail ordusu oktyabrın 26-da İrana hava zərbələri endirib. Hava zərbələri F-35 də daxil olmaqla, 100-dən çox müasir döyüş təyyarəsi vasitəsilə 2 min km məsafədən endirilib.

Seçilən
159
6
axar.az

10Mənbələr