Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün növbəti avrokubok matçına çıxacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunda IV turun oyununu keçirəcək.
Rimas Kurtinaytisin yetirmələri II dövrəyə evdə başlayacaq. Bakı klubu Belçika “Spirou”sunu qəbul edəcək.
Bu, komandamızın G qrupunda son ev sınağı olacaq. İlk üç turda uduzan “Sabah” ilk qələbə üçün mübarizə aparacaq.
Qeyd edək ki, turun digər oyununda “Nörçöppinq” “Marussi”ni qəbul edəcək.
FİBA Avropa kuboku
G qrupu, IV tur
30 oktyabr
19:00. “Sabah” – “Spirou” (Belçika)
Hakimlər: Zdenko Tomasoviç (Slovakiya), Tolqa Edis (Türkiyə), Viktor Naqi (Macarıstan)
Bakı İdman Sarayı
1 | Spirou | 3 | 3 | 0 | 258-235 | 6 | |
2 | Marussi | 3 | 2 | 1 | 250-229 | 5 | |
3 | Nörçöppinq | 3 | 1 | 2 | 239-266 | 4 | |
4 | Sabah | 3 | 0 | 3 | 221-238 | 3 |
İdman.biz