Bakı. Trend:
Dünən saat 22:15-də ADY-yə məxsus elektrovoz Qobustan-Səngəçalistiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarınqarşısına çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə azolduğundan hadisə qaçılmaz olub.
Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindənhadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər ikişəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Hər iki şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk. Allahrəhmət eləsin!
ADY bir daha insanlara çağırış edərək onları dəmir yoluxətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindənistifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habeləsutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkəndiqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxudqulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur.