Azərbaycan Kubokunda darmadağınlar seriyası davam edir.
II təsnifat mərhələsində aşağı liqa komandaları ilə qarşılaşan Premyer Liqa təmsilçiləri böyükhesablı qələbələrlə mərhələ adlamaqdır. Kubokun ilk günündə “Turan Tovuz” II Liqa komandası “Hypers Guba”nı “qol yağışı”na tutdu – 7:2.
Dünən isə Premyer Liqada autsayderlərdən olan “Kəpəz”, “Səbail” 6 qollu qələbə sayəsində mərhələ adladılar. Gəncə təmsilçisi “Ağdaş”a, “Səbail” isə “Dinamo”ya qalib gəlib. Premyer Liqada qol vurmaqda, xal qazanmaqda çətinlik çəkənlər sanki bütün hirsini aşağı liqa komandalarından çıxarır.
Bu gün isə Premyer Liqanın digər təmsilçisi “Şamaxı” “Şəmkir”i qəbul edəcək. Daha bir böyük hesablı nəticə qaçılmazdır.
Kubokda illərdir, belə nəticələr qeydə alınır. Aşağı liqa komandalarının səviyyə, təcrübə, keyfiyyət baxımından çox geri qaldığı bir daha üzə çıxır.
Kamil Əhməd