AZ

İrəvanda Anna ilə şam yeməyi: 53 kişi 1 milyon ödədi

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan oktyabrın 31-də “uğurlu iş adamları” ilə şam yeməyi təşkil edib. Naharın veriləcəyi restorana giriş bileti 1 milyon dramdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Akopyan apreldə “uğurlu iş qadınları”nı bir milyon dram dəyərində şam yeməyinə dəvət edib. Yəqin ki, əvvəlki şam yeməyi təşkilatçıları qane edib, indi ikincini təşkil ediblər.

Şam yeməyi oktyabrın 31-də axşam İrəvanda “Livinqston” restoranında olacaq. Ödənişlər köçürmələr vasitəsilə həyata keçirilir: bir nəfərin iştirakının dəyəri 1 milyon dramdır. Birdən çox şəxs şam yeməyində iştirak etmək istəsə belə, hər biri 1 milyon ödəməlidir. 53 “şanslı kişi” də köçürmə edib və şam yeməyinə qatılacaq”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
13
1
teleqraf.com

2Mənbələr