AZ

“İran İsrailin zərbələrinə cavab verməyə tələsməyəcək” - Abbas Əraqçı

“İran İsrailin zərbələrinə cavab verməyə tələsməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, deskalasiya məsələsi genişmiqyaslı müharibə ehtimalına görə həm regional, həm də qlobal səviyyədə ictimai tələbdir. 

İranlı nazir bildirib ki, yeganə çıxış yolu İsrailin təcavüzkar siyasətlərinin və qəddar hücumlarının qarşısını almaqdır.

Əraqçı qeyd edib ki, İslam Respublikası İsrailin son zərbələrinə cavab verməkdə  tərəddüd də etməyəcək, heç tələsməyəcək də.

"Biz sionist rejimin təcavüzünü pisləyirik və cavab vermək hüququnu özümüzdə saxlayırıq", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr