AZ

Anna Akopyan kişi biznesmenləri şama çağırdı: 1 milyona...

Oktyabrın 31-də Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan giriş bileti 1 milyon dram olan “uğurlu iş adamları” ilə şam yeməyi təşkil edəcək.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Hansısa təşkilatdan birdən çox adam naharda iştirak etmək istəsə belə, hər bir şəxs bir milyon dram ödəməlidir.

“Hazırda 53 uğurlu iş adamı lazımi məbləği köçürüb və şam yeməyində iştirak edəcək”, - məlumatda bildirilib.

“Mənim Addımım” fondunun ofisindən qeyd edilib ki, şam yeməyi oktyabrın 31-i saat 18:00-da “Livinqston” restoranında keçiriləcək.

Xatırladırıq ki, Akopyan aprel ayında “uğurlu qadın iş adamlarını” milyon dram dəyərində şam yeməyinə dəvət etmişdi.

Seçilən
18
4
axar.az

3Mənbələr