AZ

Rusiyada sərxoş rus təqaüdçü qadının barmaqlarını kəsib

Altay diyarında sərxoş kişi təqaüdçü qadına hücum edərək onun barmaqlarını kəsib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Altay ərazisi üzrə İstintaq İdarəsi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Ust-Kalman bölgəsində yerli sakin yaşlı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir. Belə ki, sərxoş kişi pensiyaçının iki barmağını kəsib.

Hadisə oktyabrın 28-də baş verib. 35 yaşlı kişi sevgilisi ilə 64 yaşlı qonşusunu ziyarətə gəlib, spirtli içki qəbul edib, söhbət ediblər. Bir anda qadınlar mübahisə edib və cütlük evə qayıdıb. Şübhəlinin ortağı kişini mübahisədə onun müdafiəsinə qalxmadığına görə qınamağa başlayıb.

Sərxoş kənd sakini qonşusuna qayıdıb, ona bir neçə bıçaq zərbəsi vurub, əlindəki iki barmağını kəsib, sonra isə qaçıb. Qadın vaxtında göstərilən tibbi yardım sayəsində sağ qalıb.

Hücum edən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirirlər. Məlum olub ki, şübhəli şəxs artıq qanunla problemlər yaşayıb və ağır cinayət törətdiyinə görə cəza çəkib.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr