AZ

ADY-yə məxsus elektrovoz yenə iki nəfəri vurdu

Oktyabrın 29-da saat 22:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfəri vurub.

XALQ.AZ məlumat verir ki, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hadisə yerində ölüb.

Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd: Son dövrlər bu cür halların sayı kəskin artıb.

Seçilən
6
xalq.az

1Mənbələr