AZ

MEMİM “Mədəni irsini qoru” adlı layihəni təqdim edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəni irsini qoru” adlı layihəni təqdim edir.

“İki sahil” xəbər verir ki,  “Mədəni irsini qoru” layihəsi MEMİM-in təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə həyata keçiriləcək.

Layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində aparılan müxtəlif tədbirlər, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaqdır.

Layihə çərçivəsində bir sıra tarixi məkanlara infoturlar təşkil olunaraq, ekspertlər tərəfindən mühazirələrin keçirilməsi planlaşdırılıb.

Seçilən
8
4
ikisahil.az

6Mənbələr