AZ

FHN: Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar tədbirlər davam etdirilir - VİDEO

Məlumat verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri müvafiq tədbirlərin görülməsinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Nazirliyin qüvvələri tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülərək yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
19
49
apa.az

10Mənbələr