AZ

Sadır Japarov ölkə himninin dəyişdiriləcəyini açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qırğızıstan Prezidenti Sadır Japarov parlamentin spikeri Nurlanbek Şakiyevin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyib.
Oxu.Az xəbər verir ki, Qırğızıstan prezidenti bu barədə "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan Qırğızıstan dövlət kimi tam formalaşıb.
"Gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazmağın vaxtıdır", - deyə S.Japarov bildirib.
Seçilən
44
8
oxu.az

10Mənbələr