AZ

Kamran İmanov: Azərbaycan çirkin kampaniya aparılmasına baxmayaraq, COP29-u uğurla keçirəcək

Azərbaycan çirkin kampaniya aparılmasına baxmayaraq, COP29-u uğurla keçirəcək.

“İki sahil” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda" keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyi ifadə edir, “yaşıl enerji” növlərinin yaradılmasını və “yaşıl enerji”nin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi göstərir:

"Vəziyyət nə qədər mürəkkəb olsa da, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) nikbin, optimist baxışını yayaraq “Yaşıl kitab”ında qeyd edib ki, “2030-cu il iqlim hədəflərinə çatmaq üçün ehtiyacımız olan texnologiyaların 80 faizi artıq bazardadır. Hökumətlər və şəhərlər iqlimin azaldılması texnologiyalarını sürətlə inkişaf etdirməli və miqyasını genişləndirməlidirlər. Bununla belə, indi texnologiya seçimi hər zamankından daha vacibdir. Sadəcə olaraq, mövcud sistemləri optimallaşdırmaq iqlim məqsədlərinə çatmaq üçün kifayət etməyəcək”.

K.İmanov bildirib ki, ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanın COP29-a hazırlığını yüksək qiymətləndirib:

"Ancaq 60 ermənipərəst konqresmenin ABŞ Dövlət Departamentinə Azərbaycan əleyhinə böhtanla dolu məktub göndərməsi və Demokratlar Partiyasının ruporu olan “The Washington Post” qəzetinin COP29 ilə əlaqədar Azərbaycana qarşı çirkin kampaniyaya başladığı bir şəraitdə gələcək dünyanın rifahı naminə iqlim konfransının uğurla keçiriləcəyinə qəti əminliyimizi ifadə edirik".

Seçilən
41
ikisahil.az

1Mənbələr