AZ

“30-40 hektar ərazidə yaşıllaşdırma işləri aparılır” - Osman Karakuş

“Qarabağın dirçəlişi və inkişafı üçün əlimizdən gələni edə bilmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə daim əməkdaşlıq edirik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş deyib.

O bildirib ki, dövlətin Böyük Qayıdış proqramını həyata keçirə bilməsi üçün müxtəlif təşkilatların dəstəyi çox vacibdir: "“Azərloteraya" olaraq Qarabağ Dirçəliş Fondunun vasitəçiliyi ilə müxtəlif layihələr çərçivəsində yenidənqurma və bərpa işlərinə öz töhfəmizi verməyə çalışırıq. Bu gün isə fondun vasitəçiliyi ilə ANAMA-ya üç minaaxtaran it təqdim edəcəyik”.

Osman Karakuş bildirib ki, "Azərloteraya" özünün həyata keçirdiyi müxtəlif layihələrlə də prosesə öz dəstəyini göstərməyə çalışır. Hazırda Qarabağın dirçəlişinə dəstək məqsədilə ekologiyanın yaxşılaşdırılması istiqamətində 30-40 hektar ərazidə yaşıllaşdırma işləri aparılır”- deyə, o bildirib.

Müəllif: Səbinə Hüseynli
Seçilən
52
sia.az

1Mənbələr