AZ

SEPAH-a öldürücü zərbə: Darmadağın edildi

İsrail ordusu oktyabrın 26-da İranın Səmnan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətində olan Şahrud Kosmik Mərkəzini vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (NYT) ABŞ-ın “Planet Labs” operatorunun yeni peyk fotolarına istinadla məlumat yayıb.

Nəşr yazır ki, mərkəzdə raket mühərrikləri istehsal edilir. Bunlar ortamənzilli ballistik raketlər üçün nəzərdə tutulub.

NYT qeyd edir ki, SEPAH İran Silahlı Qüvvələrinin proqramından ayrı, öz raket istehsalı proqramını hazırlayıb.

“İsrail mərkəzdən əlavə İranın neft emalı və neft-kimya zavodlarının mühafizəsinə cəlb olunmuş raket sistemlərini, həmçinin İranın cənubundakı böyük qaz yatağı və limanını məhv edib”, - ABŞ nəşri vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
teleqraf.com

1Mənbələr