AZ

Bu ölkədə tənhalıq qadağan edilib

Cənubi Koreya hökuməti bu yaxınlarda diqqətəlayiq bir layihə elan etdi.

Tribunainfo.az SuperHaber-ə istinadən xəbər verir ki, səlahiyyətlilər, “heç kimin tək olmadığı bir şəhər” qurmaq üçün qarşıdakı beş il ərzində təxminən 327 milyon dollar büdcə ayıracaqlarını bildiriblər.

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Oh Se-Hun öz bülletenində tənhalıq və təcridin təkcə fərdlərin problemi olmadığını, cəmiyyətin birgə səyi ilə həll edilməli olan problem olduğunu vurğulayıb.

“Biz tənha insanların sağalması və cəmiyyətə inteqrasiyası üçün bütün bələdiyyə imkanlarımızı səfərbər edəcəyik” deyən mer bu məsələdə qətiyyətli olduğunu bildirib.
O, Seulun sosial əlaqələri gücləndirən və hər kəsin özünü dəyərli hiss etdiyi bir məkana çevrilməsi üçün atılacaq addımların vacibliyini vurğulayıb.

Ceyran

Seçilən
49
tribunainfo.az

1Mənbələr