İsrail və HƏMAS arasında əsir mübadiləsi danışıqlarının növbəti iclasının bu həftə Misirin paytaxtı Qahirədə keçiriləcəyi açıqlanıb.
Turkustan.az xəbər verir ki, İsrail rəsmisi bildirib ki, məhbus mübadiləsi danışıqları çərçivəsində növbəti görüşün bu həftə keçirilməsi planlaşdırılır.
Sözügedən mənbə görüşün Qahirədə keçiriləcəyini və İsrail nümayəndə heyətinə Mossad xarici kəşfiyyat agentliyinin direktoru David Barneanın başçılıq edəcəyini bildirib.
Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynin İsraillə Hizbullah arasındakı qarşıdurmaları müzakirə etmək üçün gələn ay İsraildə baş nazir Binyamin Netanyahu və digər rəsmilərlə görüşməsinin planlaşdırıldığı qeyd edilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az