AZ

Marağa və Zəncan şəhərlərində 4 məhkumun edam cəzası icra olunub

İran İnsan Haqları Təşkilatı (İHR) və HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Oktyabrın 21-də dörd il əvvəl qətl ittihamı ilə həbs olunan Həsən Dürüstkar Marağa həbsxanasında edam edilib.

Oktyabrın 23-də isə narkotik cinayətləri ilə bağlı üç il əvvəl həbs edilən Süleyman Məlikinejad Marağa həbsxanasında edam olunub.

Zəncan şəhərində oktyabrın 26-da 31 yaşlı Məhəmmədrza Neməti adlı məhbusun edam hökmü icra edilib. O, qəsdən adam öldürmə ittihamı ilə həbs olunmuşdu.

Oktyabrın 27-də Zəncanın Zərinabad şəhərindən olan 40 yaşlı Tahir Gəncxanlı Zəncan həbsxanasında edam edilib. O, polis qüvvələrinin üzvü olub və Zəncan vilayətində bir dini mədrəsənin rəhbərini öldürməkdə ittiham edilib.

Bu edamlarla bağlı İran İslam Respublikasının mediasında məlumat dərc olunmayıb.

İran xəbər agentlikləri Ərdəbil həbsxanasında qətl törətməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilmiş 47 yaşlı məhbusun 12 ildən sonra "qan sahiblərinin" razılığı ilə edam cəzasından xilas edildiyini bildiriblər.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının (İHR) hesabatına görə, bu ilin əvvəlindən ölkədə 627 nəfər edam edilib. Onlardan birinin yaşının 18-dən az, 21 nəfərin isə qadın olduğu bildirilir.

visiontv.az



Seçilən
31
visiontv.az

1Mənbələr