AZ

Övladını dənizdə boğaraq öldürən ataya ağır cəza verildi

Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, bu barədə qərar Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda elan edilib.

Dövlət ittihamçısı Samir Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Daha sonra məhkəmə hökmü elan edib.

Hökmə əsasən, Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ahmet Turan Yeşilə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.

Seymur Əli

Seçilən
15
4
unikal.az

10Mənbələr