Noyabrın 6-dan 7-dək AFFA tərəfindən Bakıda UEFA-nın A və Pro kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği:
- A lisenziya üçün 500 manat
- Pro lisenziya üçün 700 manat
Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər noyabrın 5-dək qəbul olunacaq.