AZ

ANAMA və QDF-in donor və tərəfdaşlarının iştirakı ilə mina probleminə həsr edilən işgüzar görüş keçirilib

Bakı.Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikasının MinatəmizləməAgentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor vətərəfdaşlarının işgüzar görüşü keçirilib.

Trend xəbər verir ki, BöyükQayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ənböyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsiprosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkilolunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Qarabağ DirçəlişFondunun donor və tərəfdaşları və media nümayəndələri iştirakediblər.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətininsədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilərtərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyatakeçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyinibildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayişetdirməsinin vacibliyini qeyd edib:

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətliAzərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəmZəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa vəyenidənqurma işlərinin təşkili, Qarabağın dirçəlişi bu gün bütünAzərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duranmühüm vəzifələrdən biridir.

Lakin erməni işğalçıları tərəfindən həmin ərazilərdəyerləşdirilən minalar Qarabağda həyata keçirilən bərpa və quruculuqişlərinin daha sürətlə aparılmasına, eyni zamanda 30 il müddətindədoğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinəvə gündəlik həyatlarına geri dönməsinə ciddi maneə törədir.

Qeyd olunan problemin aktuallığı və miqyasının olduqca böyükolması mina probleminin həlli üçün daha çox resursların səfərbəredilməsini, eləcə də cəmiyyətin bütün üzvlərinin bu işdə həmrəyliknümayiş etdirmələrini zəruri edir”.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş daişğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardantəmizlənməsi istiqamətində də həyata keçirilən işlərə dövlətqurumları ilə yanaşı şirkətlər tərəfindən də dəstəyingöstərilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarəHeyətinin sədri Vüqar Süleymanov çıxış edərək ölkəmizin işğaldanazad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursatproblemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənməninmiqyası, mövcud problemin insanların sağlamlığına, yaşam mühitinə,ətraf mühitin çirklənməsinə təhlükə yaratması, eləcə də buproblemin aradan qaldırılması istiqamətində aparılan genişmiqyaslıhumanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib.

Həmçinin, mina və müharibənin digər partlayıcı qalıqlarıprobleminin həllinə nail olmağın kollektiv səy və möhkəmtərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstəkgöstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.

Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardantəmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfəvermək məqsədi ilə “Azərlotereya” ASC tərəfindən alınmış üçminaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib.ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlısertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədriRəhman Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədriOsman Karakuş təqdim ediblər.

Tədbirdə QDF-in fəaliyyətinə verdikləri dəstəyə görə“Azərlotereya” ASC-yə, “Caspian Event Organisers” və “R GroupHolding” şirkətlərinə Fond tərəfindən xüsusi “Təşəkkür sertifikatı”təqdim olunub.

Qeyd edək ki, tədbir zamanı işğaldan azad edilmiş ərazilərdəaparılan bərpa və quruculuq işləri, keçən il yerli sahibkarlartərəfindən alınaraq QDF vasitəsilə ANAMA-ya ianə edilən “Revival P”minatəmizləmə maşını və ANAMA-nın fəaliyyətinə həsr olunanvideoçarxlar da tədbir iştirakçılarına nümayiş etdirilib.

Seçilən
26
20
az.trend.az

10Mənbələr