AZ

Anna Akopyan onlarla 1 milyonluq şam yeməyinə oturacaq: Artıq 53 nəfər pulu göndərib

Oktyabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “uğurlu iş adamları” ilə giriş bileti 1 milyon dram olan şam yeməyi təşkil edəcək.

Publika.az bu barədə "Hraparak"a istinadən xəbər verir.

Xatırladırıq ki, o, aprel ayında “uğurlu qadın-iş adamlarını” milyon dram dəyərində şam yeməyinə dəvət etmişdi.

Bildirilir ki. təşkilatçılar əvvəlki tədbiri bəyəniblər, indi ikincini də təşkil ediblər. “Mənim Addımım” fondunun ofisindən sayta bildiriblər ki, şam yeməyi oktyabrın 31-i saat 18:00-da baş tutacaq.

Ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Bir nəfərin iştirakının dəyəri 1 milyon dramdır. Və hətta hansısa təşkilatdan birdən çox adam naharda iştirak etmək istəsə belə, hər bir şəxs bir milyon dram ödəməlidir.

Seçilən
28
9
publika.az

10Mənbələr