Seksual zorakılıq və insan alverində şübhəli bilinən amerikalı reper, prodüser P.Diddiyə (əsl adı Şon Kombsdur - Red.) qarşı iki yeni iddia qaldırılıb.
Publika.az xəbər verir ki, Nyu-Yorkda açılan hər iki iddiada yetkinlik yaşına çatmayan oğlanların cinsi istismara məruz qaldığı iddia edilir.
Reper 2005-ci ildə 10 yaşlı uşağa və 2008-ci ildə 17 yaşlı oğlana qarşı cinsi istismarda ittiham olunur. Diddinin 17 yaşlı oğlana hazırladığı müsabiqə üçün dinləmələrdə iştirak edən azyaşlı uşağa təcavüz etdiyi bildirilib.
Diddi 10 yaşlı uşaqla Kaliforniyadan Nyu-Yorka səfəri zamanı tanış olub. Bu zaman uşağın valideynləri onunla görüş təşkil ediblər. Diddi uşaqla tək görüşməyi xahiş edib və onu prodüserin otel otağına aparıblar. İddia olunur ki, Diddi uşağa içkinin içərisində narkotik verib və ona təcavüz edib. Uşaq uzun illər ağır depressiyadan əziyyət çəkib. Diddi 17 yaşlı oğlanla isə özünün realiti-şousunda tanış olub.
Reperin vəkilləri bununla bağlı açıqlama veriblər: “O, heç vaxt heç kimə, yetkin və ya yetkinlik yaşına çatmayan şəxsə cinsi təcavüz etməyib”.