Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının keçmiş sədri Meral Akşenerə qarşı iddia və şikayətlərini geri götürüb.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında paylaşım edib.
O, paylaşımında "Hörmətli prezidentimiz Meral Akşenerlə bağlı iddia və şikayətlərdən imtina etdi. Bu çərçivədə 3 istintaq faylında şikayətlərdən imtina edildi. Prezidenti təhqir etmək cinayəti, mənəvi ziyanın ödənilməsi tələbi ilə 4 mülki iddia aradan qaldırılıb" sözlərini qeyd edib.
Gülşən Şərif